Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Xidmət Orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunub

28 mart 2025 | 12:52

28 mart – Dövlət Təhlükəsizliyi Xidməti  və Xarici Xidmət Orqanları əməkdaşlarının peşə bayramı günü və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü  münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, DTX-nin rayon şöbəsinin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik hörmətli Əli Nağıyev başda olmaqla Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Xidmət Orqanları əməkdaşlarını, veteranlarını, o cümlədən Xidmətin rayon şöbəsinin şəxsi heyətini peşə bayramları günü münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Orxan Abbasov vurğulayıb ki, DTX-nin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına hər zaman sədaqət nümayiş etdirərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə vicdanla xidmət göstərir, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı qətiyyətlə alırlar.

Digər çıxış edənlər də peşə bayramı günü münasibətilə təbriklərini və xoş arzularını bildiriblər.

Keçidlər