Daşkəsəndə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2025-ci il üzrə illik hesabatın müzakirəsi keçirilib
Yanvarın 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Sahib Əhmədov tərəfindən Rayon İcra Hakiyyəti Başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi keçirilib.
İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.3-cü yarımbəndinin icrası məqsədilə təşkil olunub.
Sahib Əhmədov dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin əsas məqsədləri, qiymətləndirmə prosesinə hazırlıq mərhələləri, qiymətləndirmə meyarları, eləcə də nəticələrə uyğun olaraq tətbiq edilən stimullaşdırıcı və intizam tədbirləri barədə ətraflı məlumat verib. O, bu mexanizmin dövlət qulluğunda şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılmasına xidmət etdiyini vurğulayıb.
Müzakirələr zamanı dövlət qulluqçularının peşəkar inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində görüləcək işlər diqqət mərkəzində saxlanılıb. İclasın yekununda təlimlərə ehtiyacı müəyyən edilən dövlət qulluqçularının cari il ərzində əlavə təhsilə və ixtisasartırma təlimlərinə cəlb edilməsi, eləcə də xidməti fəaliyyətində yüksək nəticələr göstərən dövlət qulluqçularının mükafatlandırılması barədə qərarlar qəbul olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.






