Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlim keçirilmişdir.

10 oktyabr 2023 | 15:54

10 oktyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 3 günlük təlimin keçirilməsinə başlanılmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində və digər qurumlarda çalışan dövlət qulluqçuları iştirak etmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tədbirdə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli, 3696 nömrəli  Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət planı təsdiq edilmişdir. Fəaliyyət planında dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi, səriştə və davranışların qiymətləndirilməsi və psixoloji istiqamətdə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

V.Məmmədov çıxışında ölkə başçının dövlət qulluqçuları haqqında dediyi müdrik kəlamı  bir daha xatırladaraq vurğulamışdır ki, “Dövlət qulluğu imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət etmək imkanıdır.” Daha sonra o, bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışmış, təlim iştirakçılarına uğurlar arzulamışdır.

Sonra Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova və həmin sektorun aparıcı məsləhətçisi Gülü Həsənova “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təlimə başlamışlar.

Qeyd edək ki,  10, 11 və 13 oktyabr 2023-cü il tarixlərdə qrafikə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən  müxtəlif mövzulara həsr olunmuş təlimlərin keçirilməsi davam etdiriləcək.

 

 

Keçidlər