Daşkəsəndə dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum kimi müəyyən edilib.
Bununla əlaqədar 28–30 iyul tarixlərində Daşkəsən rayonunda dövlət qulluqçuları üçün növbəti təlimlər təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı iştirakçılara mövzular üzrə ətraflı məlumat verilib, qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.






