Daşkəsəndə dövlət qulluqçuları üçün keçirilən təlimlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı qurum olan Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlim dövlət qulluqçuları və icra hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında keçirilib.
Təlimlər zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib və müzakirə aparılmaqla suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər təqvim üzrə 13 oktyabr 2023-cü il tarixdə davam edəcək.