Daşkəsəndə “Dini radikalizmin zərərləri” mövzusunda seminar təşkil olunub
İyulun 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən, dini dözümlülük və multikulturalizm ənənələrinin təbliğinin vacibliyindən danışıb. Həmçinin dini ekstremizm və radikalizmin mahiyyəti, onların cəmiyyətə və dövlət təhlükəsizliyinə mənfi təsirləri barədə ətraflı məlumat verib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






