Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi barədə rəyin alınması elektron xidmətinin istifadəsi” mövzusunda təlim keçirilib

25 iyul 2025 | 17:47

İyulun 25-də “Konstitusiya və Suverenlik İli“ çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsi tərəfindən Daşkəsən rayonunda təlim təşkil olunub.

Təlimin məqsədi bələdiyyə orqanlarının elektron xidmətlərdən daha səmərəli istifadə etməsi, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, eləcə də torpaq idarəçiliyində rəqəmsal imkanların genişləndirilməsi olub.

Təlimdə Daşkəsən RİHBA-nın məsul əməkdaşları, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin mütəxəssisləri, Daşkəsən, Quşçu, Qabaqtəpə və Qaraqullar bələdiyyələrinin sədrləri və müavinləri iştirak ediblər.

İştirakçılara “Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi barədə rəyin alınması” elektron xidmətindən istifadə qaydaları, hüquqi əsaslar, sənədlərin elektron şəkildə təqdim olunması prosesi və vətəndaş müraciətlərinin cavablandırılması mexanizmləri haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb, praktik nümunələr üzərində iş aparılıb.

Keçidlər