Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “AzerGold” QSC Qurban bayramı münasibətilə sosial yardım aksiyası təşkil edib

27 may 2026 | 19:41

"AzerGold" QSC-nin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qurban bayramı münasibətilə növbəti sosial yardım aksiyası keçirilib. Aksiya rayonun Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş şəxslərin ailələrini, müharibə iştirakçılarını, eləcə də sosial qayğıya ehtiyacı olan 200-dən çox ailəni əhatə edib.

"AzerGold" QSC-nin nümayəndələri Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə ailələri evlərində ziyarət edərək bayram təbriklərini çatdırıb, onlara Qurban payı və ərzaq bağlamaları veriblər.

Daşkəsənli şəhid ailələrinin üzvləri, qazilər və sosial qayğıya ehtiyacı olan ailələr onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər