Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası növbəti hüquqi yardım aksiyası təşkil edib

10 dekabr 2024 | 15:02

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində aztəminatlı şəxslərə pulsuz hüquqi yardım aksiyası keçirilib. 

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, kredit və torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Gəncə şəhər 1 saylı Vəkillər Bürosunda və fərdi qaydada fəaliyyət göstərən vəkillər müraciətçilərə hüquqi yardım göstərərək məsləhətlər veriblər, habelə müvafiq yazılı sənədlər tərtib ediblər. 

Qeyd edək ki, 16 mart 2024-cü il tarixində də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən Daşkəsən rayonunda aztəminatlı şəxlər üçün pulsuz hüquqi yardım aksiyası təşkil olunub.  

 

 

Keçidlər