Daşkəsəndə 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Aprelin 12-də Daşkəsən rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdlərinin attestasiyası 2 binada – Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və A.Mürsəlov adına 2 №-li tam orta ümumtəhsil məktəblərində aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə imtahan keçirilən binaların mühafizə olunması, buraxılış rejiminin təşkili, imtahan sənədlərinin çatdırılmasına görə polis patrul xidməti və avtomobilinin ayrılması, habelə səhiyyə, dövlət yanğından mühafizə xidmətləri, həmçinin binaların fasiləsiz su, elektrik və qazla təminatı təlimata uyğun yerinə yetirilib.
230 şagirdin iştirakı nəzərdə tutulan imtahanlar aidiyyəti məsul şəxslərin nəzarəti altında uğurla başa çatıb.






