Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan tarix dərsi keçirilib

23 oktyabr 2025 | 15:25

Oktyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən rayon Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdləri üçün dərsdənkənar “Zəfərdən gələcəyə: gənclərin Vətən sevgisi” mövzusunda növbəti tarix dərsi keçirilib.

Tarix dərsini Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və tarix müəllimi Sevda Xıdırova aparıblar.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İştirakçılara Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyəti, bu Zəfərə aparan yol, xalqımızın birliyi, Ordumuzun qəhrəmanlığı və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir tarixində qürur və iftixar səhifəsidir. Bu Qələbə xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətimizin qüdrətinin bariz təzahürüdür. Həmçinin vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə sədaqətin və azərbaycançılıq ideologiyasının təbliği hər zaman xüsusi əhəmiyyət daşıyır.

Sonra “Zəfər salnaməsi” adlı sənədli film nümayiş etdirilib.

Tədbir şagirdlərin müzakirələri ilə yekunlaşıb.

 

Keçidlər