Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan rayon üzrə voleybol birinciliyi yekunlaşıb

29 oktyabr 2025 | 10:42

Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun Gənclər və İdman Sektorunun, Təhsil Sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində təsdiq edilmiş “8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən ümumtəhsil məktəblərinin oğlanlardan ibarət 6 komandası arasında voleybol birinciliyi keçirilib.

Birinciliyin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyə marağın artırılması, asudə vaxtın səmərəli təşkili, komanda ruhu və dostluq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Zəfər Gününün əhəmiyyətinin gənc nəslə aşılanması olub.

Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komandalar yarışın keçirilmə qaydaları barədə məlumatlandırıldıqdan sonra, məşqçi-müəllimlərdən ibarət hakim heyətinin rəhbərliyi ilə Olimpiya sistemi (uduzan çıxır prinsipi) üzrə oyunlara start verilib.

Nəticədə Daşkəsən şəhər S. Vurğun adına 4 nömrəli tam orta məktəbin komandası birinci, A. Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası ikinci, İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Keçidlər