Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan güləş turniri keçirilib

06 noyabr 2025 | 17:29

Noyabrın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı hazırlanmış Tədbirlər Planı”na uyğun olaraq  Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə İdman və Gənclər Sektorunun və Təhsil Sektorunun, Daşkəsən Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanan yarışın açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək tədbir iştirakçılarını və yarışda mübarizə aparan idmançıları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqı "Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününü daha böyük coşqu ilə qarşılayır. Hər zaman beynəlxalq yarışlarda bayrağımızı ucaldan idmançılarımız Vətən müharibəsi dövründə də qəhrəmanlıq göstərərək Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etmişlər. Ümumilikdə 988 idmançı Vətən müharibəsinə qatılmış, onlardan 320-si müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. İdmançılarımızın göstərdiyi igidlik və vətənpərvərlik bu gün gənclərimiz üçün ən böyük nümunədir.

Yarışda 15 çəki dərəcəsində 68 idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar mükafatlandırılacaqdır.

Keçidlər