Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər biliciləri” bilik yarışı keçirilib

30 oktyabr 2026 | 17:21

Oktyabrın 30-da Daşkəsən şəhər A. Mürsəlov adına tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında keçirilən “Zəfər biliciləri” adlı bilik yarışı Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.

Bilik yarışının məqsəd şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında ətraflı məlumat vermək, onların Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq idealogiyasına, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və qəhrəmanlıq tariximizə bağlılığını gücləndirmək, eyni zamanda, Zəfər tariximizin gənc nəsil arasında təbliğini genişləndirməkdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərin xalqımızın tarixindəki müstəsna yerindən bəhs ediblər. Şagirdlərə Vətən sevgisi, milli birlik, qəhrəmanlıq və vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıblar.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 14  ümumtəhsil məktəbini təmsil edən komandalar Zəfər tariximiz, Vətən müharibəsi, Azərbaycanın qəhrəman övladları və dövlətçilik tariximizlə bağlı sualları cavablandıraraq, bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda qalib komandalar müəyyənləşdirilib. Birinci yerə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, ikinci yerə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, üçüncü yerə Əmirvar kənd H.Qasımov adına tam orta ümumtəhsil məktəbi layiq görülüb. Fərqlənən komandalar diplom və kubokla təltif olunub.

Keçidlər