Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr - Zəfər Gününə həsr olunan voleybol turniri başa çatıb

28 oktyabr 2026 | 17:19

27–28 oktyabr tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd Zəfər Gününün əhəmiyyətini gənc nəslə aşılamaq, məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək, eləcə də voleybol idman növünə marağı artırmaq olub.

Yarışda rayonun 5 ümumtəhsil məktəbini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb. 1-ci yerə Daşkəsən şəhər S. Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi, 2-ci yerə Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, 3-cü yerə Daşkəsən rayon Quşçu kənd Ə. İsmayılov adına tam orta ümumtəhsil məktəbi layiq görülüb.

Keçidlər