Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan gənclərin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

08 noyabr 2026 | 15:21

8 Noyabr – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda gənclərin iştirakı ilə ağacəkmə aksiyası Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aksiyanın keçirilməsində məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini bir daha vurğulamaq, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, yaşıllıqların genişləndirilməsinə töhfə vermək və ekoloji maarifləndirməni təşviq etmək olub.

Ağacəkmə aksiyasında iştirak edən gənclər ərazidə şam ağacları əkərək aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, Daşkəsən rayonunda ənənə halını almış bu kimi ekoloji təşəbbüslər gənclərin ictimai fəallığının artırılması, onların təbiətə qayğıkeş münasibətinin formalaşdırılması və ekoloji tarazlığın qorunmasına dəstək verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Keçidlər