Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyaları təşkil edilib

05 noyabr 2026 | 14:47

Aksiyalarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, sakinlər, şəhid ailəsi üzvləri, müharibə veteranları, YAP fəalları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyalar çərçivəsində ərazinin iqlim və torpaq şəraitinə uyğun çoxsaylı şam, müxtəlifcinsli meyvə, meşə ağacları əkilib və aqrotexniki qulluq göstərilib.

Aksiya zamanı icra başçısı Orxan Abbasov bildirib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Daşkəsəndə keçirilən növbəti yaşıllaşdırma işləri ətraf mühitin mühafizəsi, gələcək nəsillərə daha sağlam və yaşıl mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada ağacəkmə aksiyaları həm də birlik və Vətənə bağlılığın gözəl nümunəsidir.

Qeyd edək ki, Daşkəsən rayonunda yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın qorunması sahəsində tədbirlər bundan sonra da davam etdiriləcək.

Keçidlər