Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

04 noyabr 2026 | 14:24

Noyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğunu, milli birliyimizin, sarsılmaz iradəmizin və Vətənə sonsuz məhəbbətimizin təntənəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq, igidlik və fədakarlıq Azərbaycan xalqının öz torpaqlarına, milli kimliyinə və dövlət müstəqilliyinə bağlılığının parlaq təcəssümüdür.

9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışan natiqlər üçrəngli bayrağımızın xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik ideallarının rəmzi olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın şanlı bayrağı ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bu mənzərə xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsinin, tarixi ədalətin bərpasının və milli qürurumuzun göstəricisidir.

Sonda şagirdlərin ifasında bədii kompozisiya təqdim olunub, əlişləri və rəsm sərgisi nümayiş etdirilib.

Keçidlər