Daşkəsəndə 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunub
06 dekabr 2024 | 10:08
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin müdiri Ramin Məmmədov və şöbənin əməkdaşları 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
İcra başçısı Orxan Abbasov peşə bayramı münasibətilə başda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev olmaqla bütün rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.