Daşkəsəndə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyinə start verilib
05 mart 2026 | 10:46
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində Daşkəsən rayonunda yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi start götürüb. Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Gənclər və İdman sektoru, Daşkəsən rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 24 şahmatçı mübarizə aparır.
Qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılacaq.






