Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yığıncaq keçirilib

05 mart 2026 | 17:36

Martın 5-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Gənclər və İdman sektoru, Daşkəsən rayonu üzrə Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində bir qrup məşqçi-müəllim, rayonun idman xadimləri və idmançılar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş nitqi ilə açan RİH-nin məsul əməkdaşı Elmar Əliyev 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təbriklərini çatdırıb və rayonun idman ictimaiyyətinə yeni nailiyyətlər arzulayıb.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda idman infrastrukturu genişlənib, gənclərin sağlam həyat tərzinə marağı daha da artıb.

Vurğulanıb ki, Daşkəsən rayonunda da idmanın müxtəlif növlərinin inkişafı, gənclərin idmana cəlb olunması, onların sağlam və vətənpərvər ruhda formalaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayonun idmançıları müxtəlif yarışlarda uğurla çıxış edərək Daşkəsənin idman ənənələrini layiqincə təmsil edir, nailiyyətlər qazanırlar.

Məşqçi-müəllimlər və idmançılar yaradılan şəraitə, hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, rayonun idman şərəfini bundan sonra da ləyaqətlə qoruyacaqlarına söz veriblər. 

Tədbirin sonunda bir qrup məşqçi-müəllim və idmançılara Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı təqdim olunub.

Keçidlər