Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı qeyd olunub

05 iyun 2025 | 12:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən etibarən hər ilin iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü”  peşə bayramı kimi qeyd olunur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Kənan Qənbərli və idarənin əməkdaşları 5 iyun –  Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

İcra başçısı Orxan Abbasov peşə bayramı münasibətilə başda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olmaqla bütün su təsərrüfatı və meliorasiya işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Habelə dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmış, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir və bu istiqamətdə işlər Daşkəsən rayonunda da yüksək vüsətlə davam etdirilir.

 

Keçidlər