Daşkəsəndə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi atəşfəşanlıqla qeyd olunub
01 yanvar 2026 | 11:50
Daşkəsən rayon sakinləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilin gəlişini böyük coşğu ilə qarşılayıblar. Rayonun Heydər Əliyev adına mərkəzi meydanına toplaşan sakinlər burada quraşdırılan monitorda Prezident cənab İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətini izləyiblər. Saat 00:00-da Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən atəşfəşanlıq təşkil olunub.






