Daşkəsəndə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənliyi keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin və Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli bayram şənliyi təşkil olunub.
Tədbir şəhid və qazi övladları, bağça və məktəb yaşlı uşaqlar, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün keçirilib.
Bayram şənliyində iştirak edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, onlara yeni ildə sağlam həyat, xoşbəxt və firavan gələcək arzulayıb. Rayon rəhbəri çıxışında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, Ulu Öndərin uşaqlara hər zaman göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Bildirib ki, bu humanist ənənə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daşkəsən Rayon Mədəniyyət Mərkəzində keçirilən şənlikdə yaradıcı kollektivlər maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış ediblər. Peşəkar incəsənət ustaları illüziya şou, rəngarəng tamaşalar və müxtəlif sürpriz proqramlarla uşaqlara xoş anlar yaşadıblar. Əlvan bəzədilmiş Yeni il ağacı ətrafında toplaşan uşaqlar Şaxta baba, Qar qız, klounlar və digər nağıl qəhrəmanları ilə birlikdə əyləniblər. Bayram şənliyi uşaqlara xoş ovqat bəxş edib.
Sonda xatirə çəkli çəkdirilib.






