Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 28 May – Müstəqillik Gününə həsr olunan "Tarixi yaddaş və vətənpərvərlik tərbiyəsi" mövzusunda konfrans keçirilib

25 may 2026 | 15:51

Mayın 25-də Daşkəsən Rayon Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan “Tarixi yaddaş və vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən konfrans Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Çıxış edənlər 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü, xalqımızın müstəqillik ideallarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi, tarixi yaddaşın qorunaraq gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Bu gün Azərbaycan xalqı müstəqil dövlətin vətəndaşı kimi öz tarixi köklərinə sahib çıxır, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Natiqlər həmçinin qeyd ediblər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar, Vətən müharibəsində qazanılan Zəfər və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri gənclərdə Vətənə sevgi və milli qürur hissinin daha da güclənməsinə səbəb olur.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər