Daşkəsəndə 27 Sentyabr – Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Daşkəsən Şəhidlər Xiyabanı ətrafında keçirilən aksiya şəhidlərin əziz xatirəsinin yad edilməsi və ətraf mühitin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə təşkil olunub.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Xiyabanın yaşıllıq üçün nəzərdə tutulan ərazisində çoxsaylı şam ağacı əkilib, suvarma işləri aparılıb, mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasında iştirak edənlər şəhidlərin müqəddəs xatirəsinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd ediblər.






