Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə "26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nə həsr olunan tədbir keçirilib

24 iyun 2025 | 16:35

İyunun 24-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən "26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan olunub.

Tədbirdə yeniyetmə və gənclərin fəal iştirakı təmin edilib. Onlara narkotik vasitələrin insan sağlamlığına, ailələrə və bütövlükdə cəmiyyətə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib. Maarifləndirici videoçarxın nümayişi zamanı narkomaniyanın təsirləri, həmçinin dövlətin bu bəla ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev narkomaniyaya qarşı mübarizəni hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirib. Məhz onun təşəbbüsü ilə bu sahədə ciddi hüquqi baza yaradılıb, beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və maarifləndirici tədbirlər genişləndirilib. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə narkomaniya və narkobiznesə qarşı kompleks və sistemli tədbirlər həyata keçirilir, hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilir, habelə gənclərin maarifləndirilməsi və sağlam həyat tərzinə təşviq edilməsi üçün ardıcıl layihələr icra olunur.

Çıxışlarda sağlam və aktiv həyat tərzinin əhəmiyyəti ön plana çəkilərək, gənclərə bu yolda fəal olmaq tövsiyə edilib.

Sonda tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizədə hər kəsin üzərinə məsuliyyət düşdüyünü və ictimai həmrəyliyin vacib olduğunu bildiriblər.

Keçidlər