Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunan gənclərlə görüş təşkil edilib

24 iyun 2026 | 16:48

İyunun 24-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və "Sonsuz Baxış" Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici görüş keçirilib.

Gənclərin, mədəniyyət işçilərinin və aidiyyəti qurumların əməkdaşlarının iştirak etdiyi tədbirin məqsədi gənclər arasında narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığı artırmaq və onları bu kimi təhlükələrdən qorumaq olub.

Çıxış edənlər narkomaniyanın insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətin inkişafına vurduğu ciddi zərərlərdən bəhs edərək, bu bəlanın qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı gənclərə sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi, narkotik vasitələrin yaratdığı hüquqi və sosial məsuliyyət barədə ətraflı məlumat verilib. Bildirilib ki, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşması, onların asudə vaxtlarının səmərəli təşkili narkomaniya ilə mübarizədə mühüm rol oynayır.

Tədbir çərçivəsində mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Keçidlər