Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş rəsm, kitab sərgisi keçirilib və sənədli film nümayiş olunub

16 yanvar 2026 | 18:24

Yanvarın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-ci ildönümünə həsr olunan tədbirdə faciə zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb, onların şərəfli ömür yolundan və qəhrəmanlığından danışılıb. Həmçinin “20 Yanvar – Müstəqillik yolu” adlı sənədli film nümayiş olunub.

Mərkəzdə keçirilən “20 Yanvar – Şəhidlərin qanı ilə yazılan azadlıq tarixi” adlı tematik sərgidə kitablara və yeniyetmə rəssamların 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsmlərə baxış keçirilib.

Keçidlər