Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

14 avqust 2025 | 15:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Daşkəsən rayonunda həyata keçirilən “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara erkən müdaxilə, inklüziv təhsil, asudə vaxtın təşkili proqramları vasitəsilə reabilitasiya xidmətləri göstərmək, sosial inteqrasiyanı gücləndirmək, valideynləri məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə funksional qiymətləndirmə aparmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün müasir reabilitasiya üsulları tətbiq edilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir: sosial iş, sosial-psixoloji dəstək, sosiallaşma, ünsiyyət, koqnitiv bacarıqlar, təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf).

Daşkəsən rayon sosial reabilitasiya mərkəzinin autizm, daun sindromu, serebral iflic, əqli gerilik, nitq qüsurlu və digər xəstəliklərdən əziyyət çəkən 3-18 yaş arasında 50 üzvü var. Uşaqlarla mərkəzin 4 xüsusi ixtisaslı mütəxəssisi – pedaqoq, psixoloq, sosial işçi, loqoped məşğul olur.

 Mərkəz ilin sonuna kimi Daşkəsən şəhəri Səməd Vurğun küçəsi, ev 17, mənzil 1 ünvanında fəaliyyət göstərəcəkdir.

 

Keçidlər