Daşkəsəndə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunan milli musiqi alətləri üzrə ifaçılıq yarışı təşkil edilib
Noyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun, Daşkəsən Rayon Uşaq İncəsənət Məktəbinin və Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 31 nəfər yeniyetmə və gənc iştirak edib.
Tar, kamança, qarmon və nağara alətləri üzrə təşkil olunan yarışın məqsədi 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, milli birlik, həmrəylik və vətənpərvərlik ruhunu təbliğ etmək, eyni zamanda yeniyetmə və gənclərin milli musiqi irsinə marağını artırmaq, onların ifaçılıq bacarıqlarını üzə çıxarmaq və istedadlı gəncləri dəstəkləmək olub.
İştirakçılar müxtəlif musiqi nömrələri ilə çıxış edərək öz ifaçılıq məharətlərini göstəriblər, Azərbaycan milli musiqisinin zənginliyini və əsrlərdən bəri qorunub saxlanılan ənənələrini nümayiş etdiriblər.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında iştirakçıların ifaları qiymətləndirilib, onların ifaçılıq bacarıqları və musiqi hazırlığı nəzərə alınmaqla qaliblər müəyyənləşdirilib. Yarışın yekununda fərqlənən iştirakçılar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.






