Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü qeyd olunub

15 aprel 2026 | 14:56

15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə konsert keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun məsləhətçisi Tacir Qurbanov, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, şəhid ailəsinin üzvləri, qazilər, rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra xalq sənətkarlığı nümunələri və əl işləri sərgisinə baxış keçirilib.

Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

İcra başçısı Orxan Abbasov çıxış edərək mədəniyyət işçilərini Beynəlxalq Mədəniyyət Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müstəqil Azərbaycanın mədəniyyət siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mədəniyyət sahəsinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində bu sahənin inkişafı təmin olunur, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, mədəniyyət işçilərinin sosial müdafiəsi, onların əmək şəraitinin yaxşılaşdırılması və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması, zənginləşdirilməsi və beynəlxalq səviyyədə təbliği məqsədilə reallaşdırdığı genişmiqyaslı və ardıcıl fəaliyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun məsləhətçisi Tacir Qurbanov isə mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, yaradıcı kollektivlərin dəstəklənməsi və mədəni irsin qorunması istiqamətində görülən işlərdən bəhs edib.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva isə çıxışında Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışıb, rayonda mədəniyyətin inkişafı, aparılan işlər barədə məlumat verib.

Bədii hissədə Fikrət Əmirov adında Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Şəhriyar Tağıyevin olan estrada ansamblının konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.

Tədbirin sonunda rayonun bir qrup mədəniyyət işçisi səmərəli fəaliyyətinə görə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı ilə təltif edilib.

Keçidlər