Daşkəsəndə 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
15 mart 2026 | 15:10
Martın 15-də Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirdiyi yekun attestasiyada Daşkəsən rayonunun 20 tam orta ümumtəhsil məktəbindən 149 məzunun iştirakı nəzərdə tutulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb binasının mühafizə olunması, buraxılış rejiminin təşkili, imtahan sənədlərinin çatdırılmasına görə polis patrul xidməti və avtomobilinin ayrılması, habelə səhiyyə, dövlət yanğından mühafizə xidmətləri, həmçinin binanın fasiləsiz su, elektrik və qazla təminatı təlimata uyğun olaraq həyata keçirilib.
Üç saat davam edən imtahan prosesi heç bir qanun pozuntusuna yol verilmədən vaxtında yekunlaşıb.






