Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2026 | 12:10

1 Oktyabr – Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayon prokuroru Şahin İmanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

İcra başçısı Orxan Abbasov Azərbaycan Respublikasının Baş prokuroru hörmətli Kamran Əliyev başda olmaqla bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquqi dövlət quruculuğu yolunda əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsi və Azərbaycan Prokurorluğu qarşısında müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi naminə çətin və şərəfli xidməti fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Daşkəsən rayon prokuroru baş ədliyyə müşaviri Şahin İmanov isə bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qanunun aliliyinin və vətəndaş hüquqlarının etibarlı müdafiəsinin təmin olunması sahəsində ardıcıl islahatlar aparılır. Daşkəsən Rayon Prokurorluğu da qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə həssas və obyektiv yanaşılması istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə davam etdirəcək. Rayon prokuroru göstərilən yüksək etimadı doğrultmağın və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrasına töhfə verməyin hər bir prokurorluq əməkdaşının əsas vəzifələrindən olduğunu vurğulayıb.

Tədbir iştirakçıları da prokurorluq işçilərinə peşə bayramı günü münasibətilə təbriklərini və xoş arzularını çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər