Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 1 mart – Ümumdünya Mülki Müdafiə Günü “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda nəzəri-praktik tədbirlərlə qeyd olunub

02 mart 2026 | 10:41

Daşkəsən Rayon İcra Hakimiyyətinin “1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq rayonunun idarə, müəssisə və təşkilatlarında “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda silsilə nəzəri-praktik tədbirlər keçirilib.

“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən nümunəvi ümumrayon tədbirində Daşkəsən RİH-nin Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini İlqar Cəlilov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin rəhbəri Vasif Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, habelə rayonun mülki müdafiə xidmətlərinin rəisləri iştirak ediblər.

“AzerGold” QSC-nin İdarə Heyəti üzvü – sədrin müavini İlqar Cəlilov bildirib ki, “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusu yalnız müəssisələr üçün deyil, bütöv cəmiyyət üçün prioritet məsələdir. “AzerGold” QSC fəaliyyət göstərdiyi ərazilərdə ekoloji təhlükəsizlik standartlarına ciddi əməl edir, mülki müdafiə tədbirlərini sistemli şəkildə həyata keçirir və əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir. Digər aidiyyəti qurumlarla birgə mütəmadi təşkil olunan nəzəri-praktik məşğələlər sayəsində işçilər fövqəladə hallara operativ reaksiyanı təmin etmək, ekoloji riskləri vaxtında aşkar etmək və onların qarşısını almaq bacarıqlarını inkişaf etdirirlər.

Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun salamlarını çatdırdıqdan sonra Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə olduğu kimi Daşkəsəndə də əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi olaraq lazımi tədbirlərin görüldüyünü qeyd edib, rayonda fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Vurğulayıb ki, rayonda keçirilən nəzəri-praktik məşğələlər sayəsində həm idarə, müəssisə və təşkilatların, həm də əhalinin ekoloji təhlükələrə qarşı hazırlığı artırılır, fövqəladə hallara operativ reaksiya və təhlükəsizlik mədəniyyəti formalaşdırılır.

Tədbirin praktik hissəsində həyəcan siqnalından sonra simulyasiya formasında buruqqazma və partlayış işləri nəticəsində yaranan zəhərli qazlardan “zəhərlənmə”, eləcə də “uçqun və sürüşmə halları” zamanı ilkin tibbi yardım göstərilməsinin əməliyyat şəraiti qiymətləndirilib. Xilasedicilər tərəfindən işçilər təxliyə olunub, “yaralılar”a ilkin tibbi yardım göstərilib.

 

 

Keçidlər