Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı dəyirmi masa keçirilib

13 avqust 2025 | 16:40

Avqustun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı toplantı Azərbaycanın qurucusu və müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev çıxış edərək qeyd edib ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik baxışı əsasında formalaşmışdır. O bildirib ki, bu Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi davamlı inkişafının sarsılmaz təməlini qoymuşdur.

Daha sonra çıxış edən Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Kənan Qənbərli məruzəsində Ulu Öndər Heydər Əliyevin aqrar sahəyə, o cümlədən su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Diqqətə çatdırıb ki, məhz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu strateji proqramlar nəticəsində Azərbaycanın regionlarında əkin sahələrinin suvarılması, torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatının dayanıqlı inkişafı və əhalinin içməli su ilə təminatı mümkün olmuşdur.

Tədbirin sonunda iştirakçılar Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin hüquqi bazasının formalaşdırılmasındakı misilsiz rolunu və bu irsin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

 

Keçidlər