Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhidləri- Vahid Aliyev və Elvin Quliyev şəhadətlərinin 6-cı ildönümü günündə anılıblar

02 oktyabr 2026 | 12:04

Oktyabrın 2-də Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun Daşkəsən Şəhidlər Xiyabanında anım günləri qeyd olunub.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhidlərin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov icra başçısı Orxan Abbasovun adından şəhidlərin ailə üzvlərinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib, habelə şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söz açıb.

Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər