Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhərinin prospekt və küçələrində təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib

13 may 2026 | 17:18

Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən gün ərzində şəhərin prospekt və küçələri süpürülüb, yolkənarı və ictimai məkanlarda təmizlik işləri görülüb. Bununla yanaşı, şəhərin yaşıllıqlarına xüsusi qulluq göstərilib, ot biçini aparılıb, ərazilər alaq otlarından təmizlənib.

Görülən işlər şəhərin ekoloji mühitinin qorunmasına, sakinlərin rahatlığının təmin olunmasına və Daşkəsənin daha gözəl və səliqəli görkəm almasına xidmət edir.

Qeyd edək ki, kommunal xidmət əməkdaşları tərəfindən aparılan ardıcıl tədbirlər nəticəsində şəhərdə təmizlik və abadlıq işləri davamlı xarakter alıb.

Keçidlər