Daşkəsən şəhərində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində müxtəlif növ dekorativ gül kolları əkilib
06 aprel 2026 | 11:40
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən rayonun ekoloji inkişafı, ətraf mühitin mühafizəsi, həmçinin şəhərin bəzədilməsi və daha da gözəlləşdirilməsi məqsədi ilə müxtəlif növ dekorativ gül kolları əkilib. Əvvəlcə təmizlik işləri aparılıb, səliqə-səhman yaradılıb, yeni əkilmiş gül kollarına aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq ili” ərzində rayon ərazisində yeni yaşıllıqların salınması işləri davam etdiriləcək.






