Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhərində payızlıq gül və kollar əkilir

16 oktyabr 2025 | 16:47

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunan payızlıq gül və kolların şəhərin müxtəlif yerlərində əkininə başlanıb. Gül və kolların daha uzunömürlü və normal inkşafını təmin etmək məqsədilə əkindən öncə ərazilər münbit torpaq, torf və gübrələrlə zənginləşdirilir. Eyni zamanda, yol kənarlarında dekorativ kol bitkilərinə dizayn verilməsi, qazonların biçilməsi, yaşıllığın suvarılması həyata keçirilir.

Yaşıllaşdırma işlərinin payız mövsümünün sonlarına qədər davam etdirilməsi nəzərdə tutulur.

 

Keçidlər