Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhərində payız mövsümü ilə əlaqədar dekorativ gül bitkiləri əkilir

12 noyabr 2026 | 16:20

Daşkəsən Şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən şəhərinin müxtəlif ərazilərində dekorativ gül bitkilərinin əkilməsinə başlanılıb.

Gül bitkilərinin daha uzunömürlü olmasını və sağlam inkişafını təmin etmək məqsədilə əkin işlərindən əvvəl ərazilər münbit torpaq, torf və gübrələrlə zənginləşdirilir. Bununla yanaşı, yol kənarlarında mövcud dekorativ kol bitkilərinə forma verilməsi, qazonların biçilməsi və yaşıllıq sahələrinin suvarılması həyata keçirilir.

Yaşıllaşdırma işlərinin payız mövsümünün sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər