Daşkəsən şəhərində kommunal xidmətlərin keyfiyyəti yüksəldilir
27 oktyabr 2026 | 13:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına maddi-texniki bazanın gücləndirilməsi və şəhərdə təmizlik işlərinin daha səmərəli təşkili məqsədilə yeni tullantı konteynerləri verilib.
Yeni konteynerlərin istifadəsi məişət tullantılarının toplanması və daşınmasının daha operativ təşkilinə, şəhərin sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılmasına və əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.






