Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhərində ekoloji təşəbbüs çərçivəsində dekorativ dibçəklər quraşdırılıb

12 may 2026 | 17:59

 “AzerGold” QSC istehsalat sahəsində istifadə olunmuş müxtəlif növ avtomobil şinlərinin təkrar emala yönəldilməsi məqsədilə ekoloji təşəbbüs həyata keçirib. Layihə çərçivəsində ümumilikdə 3 müxtəlif növdə 45 ədəd dekorativ dibçək kompozisiyası hazırlanıb.

Hazırlanan dibçəklərdə Daşkəsədə iqlim şəraitinə uyğun dekorativ bitkilər və müxtəlif növ güllər əkilib. Məqsəd istehsalat prosesində yaranan tullantıların faydalı istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin mühafizəsinə töhfə vermək və ictimai ərazilərin estetik görünüşünü yaxşılaşdırmaqdır.

Layihə çərçivəsində istifadə müddətini başa vurmuş şinlər xüsusi dizayn yanaşması ilə yenidən işlənərək funksional və dekorativ məqsədlər üçün yararlı vəziyyətə gətirilib. Nəticədə həm tullantıların həcminin azaldılmasına, həm də yaşıllaşdırma işlərinin genişləndirilməsinə dəstək göstərilib.

Keçidlər