Daşkəsən şəhərində abadlıq və yenidənqurma işləri çərçivəsində yolların asfaltlanması davam edir
24 dekabr 2025 | 17:47
Daşkəsən şəhərində həyata keçirilən abadlıq və yenidənqurma proqramı çərçivəsində şəhər daxili yolların asfaltlanması işləri aparılır. Görülən tədbirlər yol infrastrukturunun müasirləşdirilməsinə, həm piyadalar, həm də nəqliyyat vasitələri üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin yaradılmasına xidmət edir.
Şəhər sakinləri görülən işləri razılıqla qarşılayır, abadlıq tədbirlərinin Daşkəsənin ümumi simasına müsbət təsir göstərdiyini və yaşayış şəraitini yaxşılaşdırdığını bildirirlər.
Qeyd edək ki, Daşkəsən rayonunda bu istiqamətdə nəzərdə tutulan işlərin növbəti mərhələlər üzrə davam etdirilməsi nəzərdə tutulur.






