Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən şəhər Mədənçilər yaşayış sahəsi sakinlərinin yolla bağlı müraciətləri müsbət həll edilib

17 iyun 2025 | 14:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov həm rayon icra hakimiyyətinin inzibati binasında, həm də yerlərdə mütəmadi olaraq vətəndaşların qəbullarını keçirir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov keçirdiyi qəbul zamanı Daşkəsən şəhər Mədənçilər yaşayış sahəsinin sakinləri müraciət edərək, rayon mərkəzi ilə yaşayış sahəsini birləşdirən avtomobil yolunun təmir olunmasını xahiş ediblər.

Vətəndaşların müraciətləri əsasında icra başçısı Orxan Abbasovun tapşırığı ilə "31 nömrəli Yol İstismar" MMC tərəfindən sözügedən yolda xüsusi texnikalar vasitəsilə hamarlama və xırlama işləri həyata keçirilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.

Sakinlər müraciətlərinin tez bir zamanda həll edilməsinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər