Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatında işçilərə yeni iş geyim dəstləri təqdim olunub
Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının əməkdaşlarına yeni iş geyim dəstlərinin təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Emil Ağayev, Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının direktoru Anar Xəlilov və kombinatın əməkdaşları iştirak ediblər.
Çıxışlarda əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsizliyinin təmin olunmasının, eləcə də kommunal xidmətlərin səmərəli təşkilinin vacibliyi vurğulanıb. Bildirilib ki, şəhərin təmizliyi, abadlığı və kommunal xidmətlərin fasiləsiz həyata keçirilməsində kombinat əməkdaşlarının üzərinə mühüm vəzifələr düşür.
Sonra kombinatın işçilərinə fəaliyyətlərinin xüsusiyyətlərinə uyğun yeni iş geyim dəstləri verilib. Qeyd edilib ki, iş geyimləri əməkdaşların gündəlik fəaliyyət zamanı təhlükəsizliyinin və rahatlığının təmin edilməsinə, həmçinin iş prosesinin daha nizamlı və səmərəli təşkilinə xidmət edir.






