Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun yaradılmasının 96-cı ildönümü tamam olur

30 avqust 2026 | 11:59

Bu gün – 30 avqust 2026-cı il tarixində Azərbaycanın füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, qədim tarixə malik mədəni irsi və əməksevər insanları ilə seçilən Daşkəsən rayonunun yaradılmasının 96-cı ildönümü tamam olur.

Daşkəsən rayonu 1930-cu ildə inzibati ərazi vahidi kimi yaradılmışdır. Rayonun təşəkkül tapması əsasən ərazidəki zəngin dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı olmuşdur. İlk illərdə Dəstəfur adlandırılan rayon 1956-cı ildən Daşkəsən adını almışdır. Bu ad rayonun coğrafi xüsusiyyətlərini və tarixi keçmişini özündə əks etdirən simvolik məna daşıyır.

Tarixən sənaye potensialı ilə seçilən Daşkəsən, xüsusilə dağ-mədən və metallurgiya sahələrində Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr vermişdir. Bu gün də Daşkəsən Azərbaycanın əsas dağ-mədən sənayesi rayonlarından biri kimi öz strateji əhəmiyyətini qoruyub saxlayır. Rayonda zəngin filiz yataqlarının mövcudluğu və onların istismarı dağ-mədən sənayesinin inkişafına, yeni istehsal imkanlarının və iş yerlərinin yaradılmasına imkan verir.

Daşkəsənin inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə rayonun sosial-iqtisadi inkişafına daim diqqət göstərmiş, onun strateji əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsənin sosial-iqtisadi və mədəni inkişafı bu gün də diqqət mərkəzində saxlanılır. Dövlət qayğısı nəticəsində rayonda yol infrastrukturu yenilənmiş, müasir inzibati və sosial obyektlər inşa edilmiş, elektrik, qaz, içməli su və digər infrastruktur layihələri həyata keçirilmişdir.

Dağ-mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatının və turizmin inkişafına göstərilən diqqət Daşkəsənin iqtisadi potensialının daha da artırılmasına, sakinlərin rifahının yüksəldilməsinə və rayonun gələcək inkişafı üçün möhkəm təməlin formalaşmasına zəmin yaradır.

Daşkəsən rayonunun yaradılmasının 96-cı ildönümü münasibətilə bütün Daşkəsənliləri ürəkdən təbrik edir, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında hər birinizə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

96 yaşın mübarək, Daşkəsən!

Keçidlər