Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun yaradılmasının 96-cı ildönümü münasibətilə Daşkəsən Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib

30 avqust 2026 | 10:00

Avqustun 28-də keçirilən tədbirdə ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri – şəhid ailələri, müharibə iştirakçıları və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib.

Yığıncağı giriş nitqi ilə açan Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev iştirakçıları salamlayaraq tədbirin Daşkəsən rayonunun inzibati ərazi vahidi kimi yaradılmasının 96-cı ildönümü ərəfəsində keçirildiyini qeyd edib. O, rayonun yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb. Rayon sakinlərinin təklif və fikirlərinin öyrənilməsi baxımından bu cür görüşlərin keçirilməsinin vacibliyindən danışan Cavanşir Qocayev son illər Daşkəsəndə həyata keçirilən genişmiqyaslı təmir-tikinti və bərpa işlərinin, eləcə də yeni layihələrin icrasının önəmini xüsusi qeyd edib.

Daha sonra şəhid anası Qızbəs Abbasova, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Malik Ələsgərov, Daşkəsən Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Xanlar Məmmədov, rayon sakinləri Raqif Allahverdiyev, Mirzə Abışov və başqaları çıxış ediblər, fikirlərini bildiriblər.

Tədbirin sonunda builki qəbul imtahanlarında yüksək nəticə əldə edərək tələbə adını qazanan və idman nailiyyətləri əldə edən gənclərin, həmçinin təmir-tikinti və bərpa işlərində fəal iştirakı ilə seçilən sakinlərin bir qrupu Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəxri fərmanı ilə təltif olunub.

Keçidlər