Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində növbəti ekoloji aksiya keçirilib, maarifləndirmə aparılıb

04 avqust 2025 | 11:43

Avqustun 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Xoşbulaq kəndində növbəti təmizlik aksiyası keçirilib.

Təmizlik aksiyası yalnız fiziki təmizlik işlərini əhatə edən bir fəaliyyət kimi deyil, eyni zamanda vətəndaşların təbiətə məsuliyyətli yanaşmalarını gücləndirmək və ətraf mühitin qorunması sahəsində maarifləndirmək məqsədi daşıyıb.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər, sakinlər və turistlər iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları əraziləri plastik və digər məişət tullantılarından təmizləyərək, aidiyyəti üzrə təhvil veriblər.

Aksiya çərçivəsində Xoşbulaq kəndində ətraf mühitin qorunması, tullantıların müəyyən olunmuş yerlərə atılmasının vacibliyi ilə bağlı geniş informasiya verilib, suallar cavablandırılıb, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıb.

 

Keçidlər