Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti geniş təmizlik aksiyası təşkil olunub

29 may 2025 | 18:35

Mayın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Xoşbulaq kəndində geniş təmizlik aksiyası keçirilib.

Təmizlik aksiyası yalnız fiziki təmizlik işlərini əhatə edən bir fəaliyyət kimi deyil, eyni zamanda vətəndaşların təbiətə məsuliyyətli yanaşmalarını gücləndirmək və ətraf mühitin qorunması sahəsində maarifləndirmək məqsədi daşıyıb.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının işçiləri, gənc könüllülər və sakinlər iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları əraziləri plastik və digər məişət tullantılarından təmizləyərək aidiyyəti üzrə təhvil veriblər.

Aksiya zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir. Ekoloji tarazlığın saxlanılması, tullantıların düzgün idarə edilməsi və təbii sərvətlərin qorunması insanların sağlamlığına, rifahına və ekoloji davamlılığına təsir edən əsas amillərdəndir. Konstitusiya yalnız hüquqi baza yaratmaqla kifayətlənmir, həm də vətəndaşları ekoloji təhsil və ictimai maarifləndirmə vasitəsilə ətraf mühitin qorunmasında iştiraka təşviq edir.

Turizm mövsümünün başlanmasına az qalmış Xoşbulaq kəndində növbəti belə ekoloji tədbirin keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb.

Keçidlər